Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Nəzər Əzizov Kürdəmirdə torpağa tapşırılıb

14 sentyabr 2022 | 18:41
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Kürdəmir rayonundan şəhid olmuş hərbiçimiz gizir Əzizov Nəzər Ağacəlil oğlunun nəşi bu gün doğulub boya-başa çatdığı Dəyirmanlı kəndinə gətirilərək Kürdəmir Şəhidlər Xiyabanında dəfn olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin deputatı Əminə Ağazadənin də iştirak etdiyi dəfn mərasimində Azərbaycanın müqəddəs üçrəngli bayrağı Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elxan İbrahimov tərəfindən şəhidin atası Ağacəlil Əzizova təqdim edilib.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmış bütün hərbi qulluqçularımıza Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk!
Şəhidlərimizin qanı yerdə qalmadı!
Keçidlər