Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Kürdəmirdə “Ümumdünya Məskunlaşma Günü” və “Ümumdünya Şəhərlər Günü” ilə bağlı tədbir keçirilmişdir.

27 oktyabr 2026 | 12:32
Kürdəmirdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına əsasən Şəhərsalma və memarlıq sahəsində ictimai maarifləndirmə işinin aparılması məqsədilə “Bakı şəhərsalma həftəsi” çərçivəsində, həmçinin “Ümumdünya Məskunlaşma Günü” və “Ümumdünya Şəhərlər Günü” ilə bağlı tədbir keçirilmişdir.
Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilmiş “Ümumdünya Məskunlaşma Günü” və “Ümumdünya Şəhərlər Günü” bəşəriyyətin sürətli urbanizasiya prosesi, dayanıqlı şəhərləşməyə qlobal diqqət çəkmək məqsədi daşıyır. Hər il oktyabr ayında bu əlamətdar günlər dünya üzrə qeyd olunur ki, bu da şəhərlərin davamlı inkişafı, yaşayış məntəqələrinin planlaşdırılması, insanların təhlükəsiz və əlverişli yaşayış mühiti ilə təmin olunması, eləcə də şəhərsalma sahəsində müasir yanaşmaların təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu il paytaxtımızın şəhərsalma gündəliyində xüsusi yer tutan mühüm hadisələrdən biri də Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsidir. Bu mötəbər beynəlxalq platforma şəhərlərin gələcəyi, dayanıqlı urbanizasiya və müasir şəhərsalma həlləri ətrafında fikir mübadiləsi aparmaq üçün mühüm imkan yaradır.
Bakı şəhəri tarixi-mədəni irsi, sürətlə yenilənən infrastrukturu və müasir şəhərsalma təşəbbüsləri ilə şəhərlərin davamlı inkişafı istiqamətində aparılan müzakirələr üçün əhəmiyyətli məkan olmuşdur.
Tədbirdə Bakının şəhər mənzərələrini, eləcədə respublikanın digər şəhər və rayonlarının memarlıq simasını və işğaldan azad edilmiş torpaqlarda şəhərsalma inkişafını əks etdirən videoçarx izlənmişdir.
Keçidlər