“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “28 may – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib.
26 may 2026 | 14:46
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “28 may – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Kürdəmir rayonun icra başçısının müavini Ağali Kərimli, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyətinin fəal üzvləri iştirak ediblər. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay mövcud olmasına baxmayaraq, xalqımızın dövlətçilik tarixində silinməz iz qoyması, Şərqdə ilk demokratik və hüquqi dövlət nümunəsi kimi tanınması qeyd olunub. Bildirilib ki, məhz bu irs müasir Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir.






