“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “12 avqust - Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib.
10 avqust 2026 | 17:29
Kürdəmir Rayon İcra Hakimiyyətində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “12 avqust - Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə rayonun səhiyyə, təhsil, mədəniyyət müəssisələrinin nümayəndələri, şəhid ailələri, qazilər və rayon İcra Hakimiyyətinin könüllüləri iştirak ediblər.
Çıxış edənlər ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğıdan, gənclər siyasətinin uğurlarından bəhs ediblər.






