Şriftin ölçüsü :

Saytın rəngi :

Şahbəyli kəndində səyyar qəbul keçirilib.

08 sentyabr 2022 | 17:18
Sentyabrın 8-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Şahbəyli kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda rayonun hüquq mühafizə, idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilərək onları narahat edən məsələlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Səyyar qəbuldan sonra İcra başçısı Bala Kəngərli ümumi orta məktəbinin binası ilə tanış olub.
Keçidlər