Quşlar kənd sakinləri ilə səyyar qəbul keçirilib.
05 dekabr 2024 | 17:53
Milli Məclisin deputatı Jalə Əliyeva və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Quşlar kənd sakinləri ilə səyyar qəbul keçiriblər.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.