Şriftin ölçüsü :

Saytın rəngi :

Qarasu kəndində səyyar qəbul keçirilib.

14 iyul 2022 | 17:48

İyulun 14-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Qarasu kəndinin sakinləri ilə keçirib.

Səyyar qəbulda kənd sakinləri bir sıra məsələlərlə bağlı rəy və təkliflər veriblər. Səsləndirilən hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verilib.

Qəbuldan sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Qarasu kəndində şəhid məzarlarını və şəhid ailələrini ziyarət edib.

Keçidlər