Qarasaqqal kəndində sakinlər ilə səyyar qəbul keçirilib
25 fevral 2026 | 18:13
Fevralın 25-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli növbəti səyyar qəbulunu Qarasaqqal kənd sakinləri ilə keçirib. Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Qəbuldan sonra icra başçısı şəhid ailələrini, şəhid məzarlarını və Vətən müharibəsində hər iki gözünü itirmiş qazi Nuriyev Rəhman Təvəkgül oğlunu ziyarət etmişdir.






