Şriftin ölçüsü :

Saytın rəngi :

Pirili kəndində sakinlər ilə növbəti səyyar qəbul keçirilib

05 dekabr 2025 | 15:20

Dekabrın 5-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli növbəti səyyar qəbulunu Pirili kənd sakinləri ilə keçirib. Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Qəbuldan sonra icra başçısı Pirili kəndindən olan birinci Qarabağ müharibəsi şəhidi Zeynalov Bədəl Babası oğlunun ailəsini ziyarət etmiş, qəbulda qaldırılan müraciət ilə bağlı Pirili kənd tam orta məktəbinə baxış keçirmişdir.

Keçidlər