Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 14-də Kürdəmirdə qanvermə aksiyası keçirilib.

14 oktyabr 2026 | 16:24
Talassemiya və hemofiliya, habelə digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək olmaq və ölkənin qan ehtiyatını zənginləşdirmək məqsədilə Kürdəmir rayonunda növbəti humanitar qanvermə aksiyası təşkil olunub.
Qanvermə aksiyası Səhiyyə Nazirliyi Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən həyata keçirilib. Donorlar öncə həkim müayinəsindən keçərək ümumi sağlamlıq vəziyyətləri qiymətləndirildikdən sonra qanvermə prosesinə cəlb olunublar.
Aksiyada rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, təhsil və səhiyyə işçiləri, idarə və müəssisələrin kollektivləri, eləcə də rayonun fəal gəncləri və sakinləri böyük həvəslə iştirak ediblər.
Keçidlər