Noyabrın 12-də Şahsevən və Xırdapay kəndlərində sakinlər ilə səyyar qəbul keçirilib.
12 noyabr 2026 | 15:44
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli növbəti səyyar qəbulunu Şahsevən və Xırdapay kəndlərinin sakinləri ilə keçirib. Qəbul zamanı sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.






