Mürtülü kənd sakinləri ilə növbəti səyyar qəbul keçirilib
08 dekabr 2025 | 17:06
Dekabrın 8-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli növbəti səyyar qəbulunu Mürtülü kənd sakinləri ilə keçirib. Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Qəbuldan sonra icra başçısı Yenikənd, Dəyirmanlı və Mürtülü kəndlərindən olan şəhid ailələrini və şəhid məzarlarını ziyarət etmişdir.






