Şriftin ölçüsü :

Saytın rəngi :

Muğanlı kəndində nar emalı müəssisəsinin açılışı olub.

17 dekabr 2022 | 11:44
Dekabrın 16-da Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Muğanlı kəndində Avropa İttifaqının maliyyə dəstəyi ilə qurulmuş nar emalı müəssisəsinin açılış mərasimində iştirak edib.
Açılışda Avropa İttifaqının Azərbaycan Respublikası üzrə nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərhad Qaraşov və digər qonaqlar iştirak ediblər.
Müəssisənin fəaliyyəti ilə tanış olan qonaqlara məlumat verilib ki, yeni açılan müəssisə yerli nar istehsalçılarına məhsullarının emalı və satışına dəstək olmaq məqsədi daşıyır.
Keçidlər