Məişət zorakılığının yayılma səviyyəsini və onu törədən səbəblərin monitorinqi məqsədilə sorğu keçirilib.
“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın icrası istiqamətində Kürdəmir rayonunda da məqsədyönlü işlər həyata keçirilir.
Milli Fəaliyyət Planının 12.2.2 bəndinin icrasını təmin etmək üçün könüllü gənclərin iştirakı ilə məişət zorakılığının yayılma səviyyəsini və onu törədən səbəblərin monitorinqi məqsədilə əhalinin müxtəlif yaş qrupları arasında sorğu keçirilib, sorğuların nəticələri rayonda gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yaradılmış monitorinq qrupu tərəfindən qiymətləndirilmiş, məişət zorakılığı ilə mübarizə sahəsində maarifləndirmə işinin aparılması istiqamətində bülletenlər hazırlanmış, sakinlər arasında və ictimai yerlərdə paylanılmışdır.