Mayın 23-də Kürdəmirdə növbəti iməclik keçirilib.
23 may 2026 | 16:38
"Şəhərsalma və Memarlıq ili" ili çərçivəsində şəhərin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə mayın 23-də Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı növbəti iməclik keçirilib.
Keçirilən iməclik zamanı şəhərin prospekt və küçələri səhər saatlarından rayonun Kommunal təsərrüfat xidmətləri tərəfindən yuyucu maddələrlə yuyulub, yol kənarlarında əsaslı təmizlik işləri görülüb.






