Martın 6-da Kürdəmirdə iftar mərasimi təşkil edilib
06 mart 2026 | 20:39
Kürdəmirdə iftar mərasimi təşkil edilib. Rayonun icra başçısı Elşən Həsənli, şəhid ailələri, müharibə əlilləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə şəhidlərin ruhlarına dualar oxunub, əziz xatirələri anılıb. Tədbirin sonunda icra başçısı Elşən Həsənli tədbirdə iştirak edən qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.






