Kürdəmirdə Yunan-roma güləşi üzrə rayon turniri keçirilmişdir
26 sentyabr 2026 | 18:04
26 sentyabr 2026-cı il tarixində Kürdəmir Olimpiya İdman Kompleksində Kürdəmir Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Kürdəmir rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş Yunan-roma güləşi üzrə rayon turniri keçirilmişdir. Turnirdə 5 rayondan 200-dək idmançı öz gücünü sınamışdır. Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi və təşkilatçılar tərəfindən diplom , medal və digər hədiyyələrlə təltif olunmuşdur.