Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə yeniyetmələr arasında mini futbol üzrə rayon turniri keçirilib

24 sentyabr 2022 | 19:23

Kürdəmirdə 27 Sentyabr - Anım Gününə həsr olunan mini futbol növü üzrə yeniyetmələr arasında rayon turniri bu gün başa çatıb.

Final oyunundan öncə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid Azərbaycan oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kürdəmir rayon Gənclər və İdman İdarəsinin və Kürdəmir Olimpiya İdman kompleksinin birgə təşkilatçılığı ilə keçirilən yarış AFFA-nın müəyyən etdiyi qaydalara əsasən keçirilib. 

 Final oyununda 3-1 hesabı ilə qalib qələn “Neftçi” futbol komandası I yerə,  “Qarabağ”  futbol komandası isə II yerə layiq görülüblər.

Yarışda qalib gələn komandalar Kürdəmir rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar ilə mükafatlandırılıblar.

Keçidlər