Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə yeni tikilmiş məktəbin açılış mərasimi keçirilib.

09 sentyabr 2022 | 18:18
Sentyabrın 9-da yeni tikilmiş Kürdəmir şəhər R.Quliyev adına 5 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib.
Tədbirdə məktəbin adını daşıyan şəhid Rüstəm Quliyevin ailə üzvləri, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Muxtar Məmmədov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və rayon ictimaiyyəti, ziyalıları iştirak ediblər. Mərasimdən əvvəl İcra başçısı Elxan İbrahimov və nazir müavini Muxtar Məmmədov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər çiçəklər düzüblər. Daha sonra nazir müavini Muxtar Məmmədov, İcra başçı Elxan İbrahimov çıxış edərək təhsildə keyfiyyətin artırılması dövlətimizin təhsil sahəsi üzrə prioritet istiqaməti olduğunu vurğulayıblar.
Tədbirin sonunda məktəb binasına baxış keçirildi.
Keçidlər