Kürdəmirdə yeni iş yerlərinin açılması diqqət mərkəzindədir
2024-cü il ərzində müəssisə və təşkilatlarda 394 yeni iş yeri açılmışdır. Bu dövrdə yaradılmış iş yerlərinin 95,2 faizi qeyri-dövlət sektorunda açılmışdır. Yeni açılmış iş yerlərinin 6,9 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 93,1 faizi mövcud müəssisə və təşkilatlarda qeydə alınmışdır.
Yeni iş yerlərinin 23-ü kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 324-ü emal sənayesi, 9-u su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2-si tikinti, 6-sı ticarət; nəqliyyat vasitələrinin təmiri, 16-sı nəqliyyat və anbar təsərrüfatı, 1-i informasiya və rabitə, 4-ü peşə, elmi və texniki fəaliyyət, 7-si dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2-si istirahət, əyləncə və incəsənət fəaliyyət sahələrində açılmışdır.
Hüquqi şəxslərdə və digər tədbirlər üzrə yeni açılmış iş yerlərinin sayı
|
2024-cü il |
2023-cü il |
|
||
Yeni iş yerlərinin sayı, cəmi |
394 |
113 |
o cümlədən: yeni yaradılmış müəssisə və təşkilatlarda |
27 |
22 |
mövcud müəssisə və təşkilatlarda |
367 |
91 |
Kürdəmir rayon Statistika İdarəsi