Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir təşkil olunub

26 oktyabr 2022 | 09:30
Oktyabrın 25-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirib.
Əvvəlcə tədbir iştirakçıları Kürdəmir Şəhidlər Xiyabanını və ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiya 30 il ərzində zəngin, şərəfli inkişaf yolu keçib.
YAP Kürdəmir rayon təşkilatının fəaliyyətindən danışan A.Cəbrayılov deyib ki, rayon təşkilatı üzrə ərazi partiya təşkilatlarının sayı 89, üzvlərin sayı isə 10189 nəfərdir.
YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında vurğulayıb ki, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı.
Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyətli iradəsindən danışan YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.
Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov deyib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
Tədbirdə, həmçinin partiya üzvləri - şəhid Cəmil Həşimlinin anası Simuzər Bağıyeva və Vətən müharibəsi qazisi Elnur Cəfərov, partiyanın veteran üzvü, rayon təşkilatının ilk sədri olmuş Rafiq Mehdiyev Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan danışıblar.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.
Keçidlər