Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Xocalı soyqırımının 33-cü ildönümü qeyd edilib.

26 fevral 2025 | 17:36

Rayon İcra Hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanında ucaldılmış memorial abidənin önünə gül dəstələri düzüb, faciə qurbanlarının və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra rayonda müvəqqəti məskunlaşan Xocalı sakinləri ilə görüş keçirilmişdir. Xocalı sakinləri doğma torpaqlarının azad olunmasına görə Cənab Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini bildirib, sonuncu Xocalı səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər.

Keçidlər