Kürdəmirdə Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb
26 fevral 2024 | 14:29
Fevralın 26-da Kürdəmirdə Xocalı soyqırımının 32-ci ildönümü qeyd edilib. Rayonun icra başçısı Elxan İbrahimov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanında ucaldılmış memorial abidənin önünə gül dəstələri düzüb, faciə qurbanlarının və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra icra başçısı rayonda müvəqqəti məskunlaşan Xocalı sakinləri ilə görüşüb. Xocalı sakinləri doğma torpaqlarının azad olunmasına görə Cənab Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini bildirib, sonuncu Xocalı səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər.