Kürdəmirdə xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
23 aprel 2025 | 20:30
Kürdəmirdə xalq yazıçısı, detektiv yazar, nasir, publisist Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, hüquq elmləri doktoru Çingiz Abdullayevlə görüş keçirilib. Görüşdə yazıçı ilə yanaşı Milli Məclisin sədrinin müavini, yazıçı Rafael Hüseynov, rayonun icra başçısı Elxan İbrahimov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, yazıçının oxucuları iştirak ediblər. Tədbirdə Çingiz Abdullayev öz həyat yolu və yaradıcılığı barəsində danışıb, oxucuların çoxsaylı suallarını cavablandırıb.