Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə voleybol üzrə rayon turniri keçirilib.

10 iyun 2022 | 15:01
Kürdəmir rayonunun Atakişili kənd tam orta məktəbinin idman zalında Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayonu üzrə təhsil sektorunun və Uşaq Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin voleybol komandaları arasında 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş rayon turniri keçirilib.
Oyunların nəticələrinə görə, I yerə Atakişili kənd tam orta məktəbi, II yerə şəhər 2 saylı tam orta məktəb və III yerə Xırdapay kənd tam orta məktəbi layiq görülüb.
Turnirdə qalib gələn komandalar təşkilatçlar tərəfindən diplomla mükafatlandırılıblar.
Keçidlər