Kürdəmirdə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib.
27 sentyabr 2025 | 13:10
Şəhidlər Xiyabanının ziyarəti ilə başlanan tədbirdə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayonun icra başçısı və digərləri çıxış edərək Vətən müharibəsinin tarixi əhəmiyyəti və şəhidlərin qəhrəmanlığı haqqında fikirlərini bildirib, daha sonra tədbirdə vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.






