Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə "Uşaq Səfirlər Məclisi”nin Region nümayəndələrinin əhatə dairəsinin genişləndirilməsi üçün seçilmiş fəal uşaqlarla görüş keçirilib.

13 mart 2024 | 18:22

“Uşaq Səfirlər Məclisi”nin Region nümayəndələrinin əhatə dairəsinin genişləndirilməsi üçün seçilmiş fəal uşaqlarla görüş keçirilmişdir.

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.2-ci bəndinə uyğun olaraq, uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, eyni zamanda sərbəst fikir söyləmək bacarıqlarının inkişaf etdirilməsi məqsədilə və Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən regionlarda “Uşaq Səfirlər Məclisi”nin Region nümayəndələri  seçilmişdir. Kürdəmir rayonunu Uşaq Səfirlər Məclisinin Regional nümayəndəsi kimi 2 məktəbli -  şəhər 6 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Alıyeva Lalə Rövşən qızı və şəhər 3 saylı tam orta məktəbin  8-ci sinif şagirdi Qəhrəmanlı Ramiz Taleh oğlu təmsil edirlər.

 13 mart 2024-cü il tarixdə Uşaq Səfirlər Məclisinin Region nümayəndələrinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Kürdəmir Rayon İcra Hakimiyyəti və  Kürdəmir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasından öz fəallığı ilə fərqlənən 10 qız, 10 oğlan olmaqla 20 nəfər uşaq seçilmiş və onlarla görüş keçirilmişdir

2024-cü il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi səbəbdən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Uşaq Səfirlər Məclisi”nin nümayəndəlikləri üçün 2024-cü il üzrə tədbirlər planı və “Yalnız bir DÜNYA” adlı layihəni təsdiq etmişdir. Görüş zamanı iştirakçılara Uşaq Səfirlər Məclisi və 2024-cü il üzrə tədbirlər planı haqqında məlumat verilmiş, həyata keçiriləcək layihələr diqqətə çatdırılmış, uşaqlara gələcək fəaliyyətləri barədə onları istiqamətləndirən tövsiyələr verilmişdir.  Tədbir region nümayəndələri və fəalların diskusiyası şəklində davam etmişdir.

 

Keçidlər