Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilir.

12 dekabr 2022 | 12:33
Dekabrın 12-də müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Heydər Əliyev parkına gələrək, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və abidəsi önünə gül dəstələri düzüblər.
Daha sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən eksponat, fotostend, kitablarla tanış olublar.
Keçidlər