Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib

16 noyabr 2023 | 15:02

Noyabrın 15-də Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib. Ulu öndərin abidəsinin ziyarəti ilə başlayan tədbirdə ümumilli liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri Heydər Əliyevin ölkəmizin hüquq sahəsində inkişafı üçün gördüyü böyük işlərdən bəhs ediblər.

Keçidlər