Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
30 mart 2023 | 09:17
Kürdəmirdə rayon prokuroruluğunun təşkilatçılığı, Ucar və Zərdab prokurorluğu əməkdaşlarının da iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev mərkəzində olub, ümumilli liderin həyat və fəaliyyətini əks etdirən eksponat, fotostendlə tanış olublar.
Tədbirdə icra başçısı Elxan İbrahimov, rayonun məhkəmə sədri Müseyib Bayramov, rayon prokuroru Tural İbrahimov, Zərdab rayon prokuroru Zaur Əliyev və başqaları Ümummilli Lider Heydər Əliyevin hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə çıxış ediblər.
Konfransın yekununda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.