Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə torpaq çərşənbəsi - ilaxır çərşənbə bayram şənliyi ilə qeyd olunub.

15 mart 2023 | 10:35
Martın 14-də Kürdəmir rayonunda torpaq çərşənbəsi - ilaxır çərşənbə bayram şənliyi ilə qeyd olunub. Tədbirə rayonun icra başçısı Elxan İbrahimov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri də qatılıblar. Bayram şənliyində Bahar qızı, Kosa və Keçəl iştirakçıları təbrik ediblər.
İdmançıların maraqlı çıxışları, yumurta döyüşdürülməsi, müxtəlif oyunlar bayram əhval-ruhiyyəsi yaradıb, bayram iştirakçıları tonqal ətrafında yallı gediblər. Tədbirdə rayonun incəsənət ustaları yazın gözəlləyini özündə əks etdirən mahnılarla çıxış ediblər.
Keçidlər