Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Tərbiyə məqsədi ilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında” maarifləndirmə tədbiri keçirilib.

05 noyabr 2022 | 11:40
Kürdəmir Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən “Tərbiyə məqsədi ilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında” maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Vəsilə Əsgərli çıxış edərək bildirib ki, uşaqlar ailənin özəyidir, bu səbəbdən onları qorumağın və vətəndaş kimi yetişdirməyin məsuliyyəti əsasən valideynlərin, məktəbəqədər təhsilin və məktəbin üzərinə düşür.
Tədbirdə mövzu ətrafında slaydlar göstərilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər