Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Təmiz ekologiya-sağlam həyat” adı altında təmizlik aksiyası keçirilib

27 yanvar 2023 | 09:06
Yanvarın 26-da şəhərin Gənc Heydərçilər parkında “Təmiz ekologiya-sağlam həyat” adı altında təmizlik aksiyası keçirilib.
2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan aksiyada iştirak edən gənclər tərəfindən park ərazisində məişət və digər növ tullantılar təmizlənib, yaşıllıqlar və gül kolları səliqəyə salınıb, ağacların gövdələri və oturacaqlar rənglənib.
Aksiyanın keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrini artırmaq və onlarda ekoloji mədəniyyəti formalaşdırmaqdır.
Keçidlər