Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə təkrar qarğıdalı əkini davam edir.

19 iyul 2022 | 14:33
İyulun 18-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Ərəbxana kəndində Əlipaşa Əhmədova məxsus "Kürdəmir Quşçuluq" ASC-də müasir suvarma sistemi ilə suvarılan 125 hektar sahədə təkrar qarğıdalı əkini ilə tanış olub.
Bu gün ölkəmizdə mal-qaranın yaşıl yemlə təminatında problem yaranmaması üçün təkrar əkinlərə xüsusi diqqət yetirilir. Kürdəmir rayonunun fermerləri də quraqlıq nəticəsində yaranan yem probleminin qarşısını vaxtında almaq üçün əllərindən gələni edirlər. Müasir suvarma sistemlərinin tətbiqi də bu qəbildən olan işlər sırasındadır.
Keçidlər