Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Təbiəti sevək və qoruyaq” devizi ilə iməclik keçirilib.

27 may 2022 | 08:56

Mayın 26-da Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Təbiəti sevək və qoruyaq” devizi ilə Heydər Əliyev parkında iməclik keçirilib.

Tədbirdə Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri, Olimpiya İdman Kompleksinin, rayon təhsil şöbəsinin, DAİM-nin əməkdaşları və “Gənc Könüllü”ləri iştirak ediblər.

Parkın ərazisində təmizlik işləri görülüb, ağaclar ağardılıb, ağaclara quş evləri asılıb və parkdakı oturacaqlar rənglənib. Tədbirin sonunda gənclər üçün çay süfrəsi təşkil olunub.

Keçidlər