Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib.

18 oktyabr 2023 | 17:35

Oktyabrın 18-də Kürdəmirdə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib. Ulu öndərin abidəsinin ziyarəti ilə başlayan tədbirdə ümumilli liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri ümumilli liderin həyat və fəaliyyətindən bəhs edən “Tarixin izi ilə - Heydər adlı zirvə” sənədli filmini izləyiblər. Tədbirdə çıxış edən icra başçısı və digərləri Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü böyük işlərdən bəhs ediblər.

Keçidlər