Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə suvarma suyuna olan təminatın yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür

08 oktyabr 2022 | 18:50

Əkin sahələrinin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Bu məqsədlə Kürdəmir rayonunda müvafiq tədbirlər görülür. Oktyabr 7-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Axtaçı-Qarabucaq kəndi ərazisində su nasosu stansiyasının yenidən qurulması ilə bağlı görülən işlərlə tanış olub. İcra başçısına məlumat verilib ki, əvvəlki su nasosu 400 hektar əkin sahəsini suvarma suyu ilə təmin edirdisə, yeni qurulan su nasosu 500 hektarı suvarma suyu ilə təmin edəcək. Bu isə o deməkdir ki, hər saniyə üçün 100 l/san suyun artması əlavə 100 hektar sahənin suvarılması ilə nəticələnəcək.

Keçidlər