Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı günü qeyd edilib.

05 iyun 2023 | 17:29
İyunun 5-də Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı günü münasibətilə rayonun icra başçısı Elxan İbrahimov, Kürdəmir Suvarma Sistemləri idarəsinin rəisi Tahir Xəlilov, Mil Qarabağ Aşağı Şirvan Kollektorlarının İstismarı idarəsinin rəisi Valeh Qaraşov, 2 nömrəli Regional Su kanal idarəsinin Kürdəmir su kanal sahəsinin rəisi Arzu Şahbazov və rayonun su təsərrüfatı işçiləri Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
İşçiləri peşə bayramı münasibəti ilə təbrik edən Elxan İbrahimov dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan söhbət açıb, su təsərrüfatının inkişafında fəal iştirak edən bir qrup əmək qabaqcılına rayon icra hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanlar təqdim edib.
Keçidlər