Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Son zəng tədbirləri keçirilib.

14 iyun 2023 | 16:38
Rayonun icra başçısı Elxan İbrahimov, şəhid ailələri və valideynlər Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbində keçirilən Son zəng tədbirində iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himni ilə başladılan tədbirdə, şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir Təhsil sektorunun müdiri Rəfail Məmmədov, məktəbin müəllimləri, valideynlər və rayonun icra başçısı çıxış edərək müstəqil həyatın astanasında duran məzunları əlamətdar gün münasibətilə təbrik ediblər.
Tədbirdə məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət konsert proqramı təqdim olunub.
Keçidlər