Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Sevil Osmanovanın 75 illik yubileyi qeyd edilib.

29 noyabr 2022 | 17:43
Noyabrın 29-da Kürdəmir Rayon İcra Hakmiyyətinin başçısı Elxan İbrahimov Əmək qəhrəmanı, məşhur pambıqçı Sevil Osmanovanı fəxri fərmanla təltif edib.
Elxan İbrahimov Sevil Osmanovanı 75 illik yubileyi münasibətilə təbrik edərək onun keçdiyi həyat yolunun, əməyə bağlılığının bu gün gənclər üçün bir nümunə olduğunu vurğulayıb.
Kürdəmirli Sevil Osmanova ötən əsrin 70-80-cı illərində nəinki Azərbaycanın, SSRİ-nin tanınan əmək adamı, məşhur pambıqçısı olub. O, sovet dövrünün ən ali orden və medalları ilə təltif olunub.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən isə 2011-ci ildə “Tərəqqi” medalı, 2018-ci ildə “III dərəcəli əmək ordeni”, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı” ilə təltif edilib.
Keçidlər