Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Səhiyyə işçilərinin Peşə bayramı günü qeyd edilib.

19 iyun 2023 | 09:30

Səhiyyə İşçilərinin Peşə bayramı günü münasibətilə rayonun icra başçısı Elxan İbrahimov, “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktor əvəzi Tarix İslamov və rayonun səhiyyə işçiləri Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. İşçiləri peşə bayramı münasibəti ilə təbrik edən Elxan İbrahimov rayonun səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup səhiyyə işçilərinə fəxri fərmanlar təqdim edib.

Keçidlər