Kürdəmirdə şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib.
30 dekabr 2024 | 14:18
Kürdəmirdə rayonun İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib.
Tədbirdə çıxış edən icra başçısı Elxan İbrahimov "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı münasibəti ilə qonaqları təbrik edib, onlara qarşıdan gələn 2025-ci ildə uğurlar arzulayıb.
Tədbirdə Şaxta baba və Qar qızın gəlişi uşaqlarda xoş əhval-ruhiyyə yaradaraq onlara əsl bayram ovqatı bəxş edib.