Kürdəmirdə “Şəhərsalma və memarlıq İli” çərçivəsində “Böyük Qayıdışın asanlaşdırılması: doğma yurdlarına qayıdan məcburi köçkünlərin məşğulluq perspektivlərinin və biznes imkanlarının artırılması” layihəsinin ikinci mərhələsinin yekun bağlanış mərasimi keçirilib.
22 sentyabr 2026 | 15:32
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, Milli Məclisin deputatları Əminə Ağazadə, Vüqar Bayramov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin Direktoru Kəramət İsmayılov və müəssisənin 60 nəfər keçmiş məcburi köçkün məzunları iştirak ediblər. Çıxış edənlər peşə təhsilinin gələcəyi, regional inkişafda rolu, keçmiş məcburi köçkün gənclərin dəstəklənməsi kimi mövzulara toxunublar. Tədbir çərçivəsində qısamüddətli peşə təlimlərini uğurla tamamlayan keçmiş məcburi köçkün tələbələrə sertifikatlar təqdim olunub.






