Kürdəmirdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.
14 iyul 2026 | 15:48
Kürdəmirdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib. Rayon İcra Hakimiyyəti başçısının müavini Ağali Kərimlinin, YAP-ın Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılovun və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ulu Öndərin hakimiyyətinin hər iki dövrünü əhatə edən videoçarx izlənilib, onun ölkəmizin inkişafı üçün gördüyü böyük işlərdən bəhs edilib.






