Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə şəhər sakinləri ilə səyyar qəbul keçirilib.

15 yanvar 2026 | 12:10

Yanvarın 15-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli növbəti səyyar qəbulunu Kürdəmir şəhər sakinləri ilə keçirib. Qəbul zamanı şəhər sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Qəbuldan sonra icra başçısı şəhid ailələrini ziyarət etmişdir.

Keçidlər