Kürdəmirdə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədilə “Kredit yarmarkası” təşkil olunub.
Kürdəmirdə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədilə “Kredit yarmarkası” təşkil olunub. Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayan tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev, rayonda fəaliyyət göstərən sahibkarlar, fermerlər və bankların nümayəndələri iştirak ediblər. Tədbirin sonunda 3 sahibkara kredit ayırılıb, 1 nəfər şəhid ailəsi üzvünə və 4 nəfər Vətən müharibəsi iştirakçısına isə özünəməşğulluq tədbirləri çərçivəsində aktivlərin alınması üçün sertifakatlar təqdim edilib.