Kürdəmirdə Rayon Ağsaqqallar Şurasının son birillik fəaliyyətinə dair hesabat iclası keçirilib.
14 may 2025 | 20:59
Kürdəmirdə Rayon Ağsaqqallar Şurasının son birillik fəaliyyətinə dair hesabat iclası keçirilib. Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
İclasda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, rayonun icra başçısı Elxan İbrahimov, ağsaqqallar şurasının aparat rəhbəri Ramin Həsənli, rayon Ağsaqqallar Şurasının sədri Ayyət Nəsirov və şura üzvləri iştirak ediblər. Çıxış edənlər ağsaqqalların cəmiyyətdəki yeri, gənc nəslin milli ruhda tərbiyəsindəki rolu barədə danışıblar.
Sonda Ayyət Nəsirov 75 illik yubileyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurası tərəfindən diplomla təltif edilib.