Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

10 iyun 2022 | 17:16
İyunun 10-da Kürdəmirdə Rayon Ağsaqqallar Şurasının son birillik fəaliyyəti ilə bağlı hesabat konfransı keçirilib. Konfransda Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, rayon ağsaqqalları, şəhid valideynləri, qazilər, o cümlədən, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İcra başçısı Elxan İbrahimovun giriş nitqindən sonra Kürdəmir Rayon Ağsaqqallar Şurasının sədr müavini Ayyət Nəsirovun təşkilatın son birillik fəaliyyətinə dair hesabat məruzəsi dinlənilib.
Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov öz çıxışında müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında rəşadətli ordumuzun qazandığı möhtəşəm zəfərdən və hazırda işğaldan azad olunmuş torpaqlarımızda gedən genişmiqyaslı abadlıq-quruculuq işlərindən bəhs edib.
Daha sonra çıxış edən digər natiqlər ağsaqqallara, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq tərbiyəsi edilməsində ağsaqqalların rolunun vacibliyindən danışıblar.
Keçidlər