Kürdəmirdə qanvermə aksiyası keçirildi
17 aprel 2024 | 09:47
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı Kürdəmirdə rayon icra hakimiyyətinin dəstəyi ilə qanvermə aksiyası keçirib.
Aksiyada rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının işçiləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
Humanitar aksiya çərçivəsində hərtərəfli müayinədən sonra 150 nəfərdən çox könüllü donordan qan götürülüb.