Kürdəmirdə “Qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərində müvafiq orqanlarla qarşılıqlı işin təşkili” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
26 oktyabr 2023 | 16:13
Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi tərəfindən Kürdəmirdə Rayon İcra Hakimiyyətinin, məhkəmə, hüquq-mühafizə orqanlarının, ictimai təşkilatların iştirakı ilə “Qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərində müvafiq orqanlarla qarşılıqlı işin təşkili” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Hüquqi maarifləndirmə tədbirində ölkə ərazisində qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin yaşamalarının leqallaşdırılması üçün müraciətlər haqqında məlumat verilmiş, həmçinin miqrasiya sahəsində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə fikir mübadiləsi aparılmışdır.
Tədbirdə mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılmşdır.